"Yapı Kredi Bank Azərbaycan" III rübü mənfəətlə başa vurub

10:34 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub.

ABC.AZ  banka istinadla xəbər verir ki, keçən ilin üçüncü rübü  ilə müqayisədə faiz gəlirləri 10% artaraq 18.5 milyon manat, qeyri-faiz gəlirləri 34% artaraq 13,4 milyon manat təşkil edib.

Ümumilikdə, Bank üçüncü rübü 17 milyon manat xalis faiz gəliri ilə başa vurub və bankın xalis mənfəəti 0.4 milyon manat olmuşdur.