Azərbaycanın kredit portfeli 123 milyon manatdan çox artan Bankı

15:31 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. 30 Sentyabr 2022-ci il tarixində "Rabitəbank" ASC 892 milyon 157 min manat cəmi aktivlərə, o cümlədən 597 milyon 466 min manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub.

ABC.AZ-ın məlumatına görə, bu Bankın 9 aylıq hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayı ərzində Bankın kredit portfeli 123 milyon 502 min manat və ya 26% artıb.

Əsasən hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin azalması ilə əlaqədar olaraq "Rabitəbank"ın depozit portfeli 171 milyon 447 min manat və ya 23,6% azalaraq 553 milyon 235 min manata geriləyib.

Bu azalma aktivlərin də düşməsinə təsir edib.

Əsasən nağd pul vəsaitlərinin azalması ilə əlaqədar olaraq cəmi aktivlər 125 milyon 716 min manat və ya 14,1% azalaraq azalaraq 30 Sentyabr 2022-ci il tarixində 892 milyon 157 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçmişdi.

30 Sentyabr 2022-ci il tarixində "Rabitəbank" ASC 110 milyon 706 min manat məcmu kapitala malik olub.

Kredit portfeli 123 milyon manatdan çox artıb.