Doqquz ayda 12 milyon manat mənfəət əldə edən Bank - Hesabat

15:15 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. "Rabitəbank" ASC 2022-ci ilin 9 ayını 12 milyon 676 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bu bankın 9 ayla bağlı maliyyə hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 1,9 dəfə (91,3%) artıb.

"Rabitəbank" 2021-ci ilin 9 ayını 6 milyon 625 min manat xalis mənfəət ilə bağlamışdı. 2021-ci ilin yanvar-sentyabr dövründə "Rabitəbank"ın faiz gəlirləri 39 milyon 662 min manat ikən, 2022-ci ilin 9 ayında 49 milyon 211 min manata yüksəlib (24% və ya 9 milyon 549 min manat artıb).

Bankın qeyri-faiz gəlirləri isə 20 milyon 706 min manatdan 34 milyon 914 min manata qalxıb (68,6% və ya 14 milyon 208 min manat artıb).

2022-ci ilin 9 ayı ərzində "Rabiətbank"ın cəmi əməliyyat gəlirləri 84 milyon 125 min manat, cəmi əməliyyat xərcləri 68 milyon 617 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 508 min manat təşkil edib.