9 aya depozit portfeli 1 milyard 400 milyon manatdan çox artan Bank

16:03 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. 2022-ci ilin 9 ayı ərzində ABB-nin depozit portfeli 1 milyard 400 milyon 733 min manat artmaqla 9 milyard 662 milyon 399 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 499 milyon 362 min manat artımla 1 milyard 782 milyon 336 min manata, hüquqi şəxslərin depozitləri isə 901 milyon 371 min manat artaraq 7 milyard 880 milyon 62 min manata çatıb.

ABC.AZ-ın məlumatına görə, 30 sentyabr 2022-ci il tarixində ABB 1 milyard 328 milyon 549 min manat məcmu kapitala malik olub. Bankın əmsalları sistem əhəmiyyətli banklar üçün normaları kəskin üstələyir. Belə ki, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə fakt 18,21% (norma 6%), məcmu kapitalın adekvatlıq əmsalı üzrə fakt 20,80% (norma12%), Leverec əmsalı üzrə fakt isə 8,85% (norma 5%) təşkil edib.