Azərbaycanın cəmi aktivləri 12 milyard 432 milyon 464 min manat olan Bankı – Hesabat

15:47 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. ABB-nin cəmi 2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayı ərzində948 milyon 608 min manat artaraq 12 milyard 432 milyon 464 min manata çatıb. ABC.AZ-ın məlumatına görə, bu "ABB" ASC-nin (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin 9 ayı (yanvar-sentyabr dövrünün) maliyyə göstəricilərində öz əksini tapıb. Qeyd edilib ki, Bank ötən ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi. “ABB” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) son bir il ərzində 744 milyon manat və ya 27% (son 9 ayda isə 418 milyon 548 min manat və ya 13%), o cümlədən biznes kreditləri 156 milyon 228 min artaraq 1 milyard 743 milyon manat təşkil edir) artaraq 3 milyard 517 milyon 995 min manata yüksəlib. Cari ilin  9 ayı ərzində Bank tərəfindən 1 milyard 56 milyon manat biznes kreditləri verilib.

Eyni zamanda, qiymətli kağızlar üzrə portfel 143 milyon 261 min manat artaraq 1 milyard 506 milyon 777 min manat təşkil edir.