15:30 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin 9 ayı (yanvar-sentyabr dövrünün) maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Bankın faiz gəlirləri 79 milyon 1 min manat və ya 24,4% artaraq 402 milyon 736 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 80 min manat və ya 3,2% artaraq 133 milyon 196 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 83 milyon 81 min manat artaraq 535 milyon 932 min manata yüksəlib.
Əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən ABB cari ilin 9 ayını 281 milyon 746 min manat əməliyyat mənfəəti ilə bağlayıb (ötən ilin eyni dövründə 229 milyon 594 min manat). Bank əməliyyat mənfəətindən 32 milyon 720 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 39 milyon 112 min manat mənfəət vergisi ödəyib. Beləliklə, ABB 2022-ci ilin 9 ayını 209 milyon 914 min manat xalis mənfəətlə yekunlaşdırıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026