15:20 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 209 milyon 914 min manat xalis mənfəətlə başa vurub.
Qeyd etmək lazımdır ki, cari ilin 9 ayında Bank törəmə müəssisələrindən 15 milyon manata yaxın dividend əldə edib.
ABC.AZ xəbər verir ki, Bankın xalis mənfəəti 2021-ci ilin 9 aylıq dövrü ilə müqayisədə 12 milyon 732 min manat və ya 6,4% artıb.
Qeyd edək ki, ABB 2021-ci ilin yanvar-sentyabr dövrünü 197 milyon 182 min manat xalis mənfəətlə bağlamışdı.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026