12:37 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. 2022-ci ilin doqquz ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4 milyard 97,0 milyon manat və ya 64,5 faiz çoxdur.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxilolmaların 59,2 faizi və yaxud 6 milyard 191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 498,9 milyon manat və ya 31,9 faiz çox olub.
Daxilolmaların qalan 40,8 faizi və yaxud 4 milyard 259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 598,1 milyon manat və ya 2,6 dəfə çox olub.
Bütövlükdə cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026