15:38 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı və Çin Bank və Sığorta Tənzimləmə Komissiyası (Komissiya) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.
İmzalanmış Memoranduma əsasən AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026