12:43 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, oktyabrın 20-də baş tutmuş valyuta hərracında $53,2 mln satılıb ki, bu da ötən hərracda olduğundan $23,9 mln (81,57%) çoxdur. Oktyabrın 18-də keçirilən hərracda Mərkəzi Bank banklara $29,3 mln. məbləğində valyuta satıb.
“Banklar tərəfindən valyuta hərracında tələb $53,2 mln. təşkil edib və tam təmin edilib”, - AMB-nin məlumatında belə deyilir.
Hərracın nəticələri üzrə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026