12:19 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. "İşğaldan azad edilmiş ərazilərin bərpasına Polşa şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün mühüm istiqamətdir".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.
"İnvestisiyalar baxımından Polşa şirkətlərini Azərbaycanda görmək bizim üçün zəruridir. Həmçinin, Polşa şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb etmək də bizim üçün mühüm əhəmiyyət kəsb edir", - o bildirib.
AZPROMO rəhbəri ölkələr arasında əlaqələrin fəal inkişaf etdiyini, ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan Polşaya ixracın artdığını vurğulayıb.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026