Banklar valyuta hərracına tələbi 32,3% azaldıb

12:51 - 18.10.2022


18 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, oktyabrın 18-də baş tutan valyuta hərracında $29,3 mln satılıb ki, bu da ötən hərracda olduğundan $14 mln (32,33%) azdır. Oktyabrın 13-də keçirilən hərracda Mərkəzi Bank banklara $43,3 mln. məbləğində valyuta satıb.

"Banklar tərəfindən valyuta hərracında tələb $29,3 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.