11:10 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. Azərbaycan bank sistemində təmərküzləşmə (bir, yaxud bir neçə əldə cəmlənməsi) səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.
ABC.AZ xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan Herfindahl-Hirschman İndeksi (HHİ) Azərbaycanın bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir.
"Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1015, 1805 və 1576 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir", - hesabatda bildirilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026