10:44 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. 2022-ci ilin ilk yarımilində Azərbaycanda əhalinin orta borc yükündə artım müşahidə edilib.
ABC.AZ xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilib ki, orta borc yükü 2019-cu ilin sonunda 4520 manat, 2021-ci ilin sonunda 5452 manat ikən, 2022-ci ilin İyun ayının sonunda 5680 manata çatıb.
Hesablama qalıq borcu 500 – 150 000 manat intervalında olan borclanlar üzrə aparılıb.
Hesabatda vurğulanıb ki, requlyativ çərçivəyə edilmiş son dəyişikliklərə əsasən borcun gəlirlərə nisbəti (BGN) əmsalı üzrə yüksək hədd 70% səviyyəsində müəyyən edilib.
Bu xüsusda, gələcəkdə sosial vəziyyəti həssas olan əhalinin borc yükünün azalması gözlənilir.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026