Rusiyanın beynəlxalq ehtiyatları 8 milyard dollar artıb

10:21 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. 7 oktyabr 2022-ci il tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 548,7 milyard dollar təşkil edib. Həftə ərzində ehtiyatlar 1,5% və ya 8 milyard dollar artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilir.

"Beynəlxalq ehtiyatların həcmi oktyabrın 7-nə müsbət revalvasiyanın təsiri ilə həftə ərzində 8,0 milyard dollar və ya 1,5% artaraq 548,7 milyard dollar təşkil edib", - məlumatda bildirilir. Sentyabrın 30-da Rusiyanın beynəlxalq ehtiyatları 540,7 milyard dollar təşkil etmişdi.