BOKT “İnternational” borc alır - Detallar

15:54 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. 9 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, 14 oktyabr 2022-ci il taixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəto 90 gündən birdir.