17:08 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. Bu həftə Azərbaycan və Qırğızıstan nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan birgə fondun yaradılması haqqında saziş imzalamağı planlaşdırır.
Bunu Qırğızıstan parlamentinin büdcə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Kanatbek Abdrahmanov deyib.
“Bütün vəsaitələr, resurslar Azərbaycan tərəfindən təmin ediləcək. Fondun mənzil-qərargahı Bişkekdə yerləşəcək”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.