Bu Bankın qiymətli kağızlara investisiyaları 42,4% artıb

16:09 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank Melli İran" Bakı filialı 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) dövrü üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən Bank 30 Sentyabr 2022-ci il tarixində 91 milyon 225 min 135 manat cəmi aktivlər, 9 milyon 810 min 209 manat kredit portfelinə, 25 milyon 548 min 671 manat qiymətli kağızalar portfelinə malik olub.

Bankın qiymətli kağızlara investisiyaları 42,4% artıb. Müştərilərə verilmiş kreditlər cüzi azalıb.

30 Sentyabr 2022-ci il tarixində "Bank Melli İran" Bakı filialı 51 milyon 798 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad