15:39 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. "Bank Melli İran" Bakı filialı 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) dövrünü 1 milyon 357 min 220 manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 963 min 854 manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında filialın xalis mənfəəti 393 min 366 manat və ya 40,8% artıb.
Xalis mənfəətin artması aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmanın olmaması, əksinə ehtiyatdan 315 min 77 manatın azad olması ilə əlaqədardır.
"Bank Melli İran" Bakı filialının faiz gəlirləri ötən ilin 9 ayında 2 milyon 586 min manat ikən, 2022-ci ilin 9 ayında 2 milyon 557 min manata düşüb. Haqq və komissiya gəlirləri isə 140 min manatdan 130 min manata geriləyib.
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər 55 min manatdan 230 min manata yüksəlib.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026