"Rabitəbank"da 2 yeni təyinat həyata keçirilib

16:38 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. “Rabitəbank” ASC 2 yeni əməkdaşının vəzifəsini artırıb.

ABC.AZ xəbər verir ki, Bankın Daxili Audit Departamentinin, Müştəri xidməti strukturlarının auditi şöbəsinin rəisi Samir Salmanlı bankın Daxili Audit departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

Digər təyinat isə daha öncə bankın Biznes Mərkəzi filialında Filial müdiri vəzifəsində çalışan Mahaddin Muradov haqqındadır.

M. Mahaddin Rabitəbank-da bundan sonrakı fəaliyyətinə SME kreditləri şöbəsinin Şöbə rəisi olaraq davam edəcək.