15:03 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. İnvestisiya, enerji böhranı və inflyasiya ilə bağlı fikirlərini bölüşən Bizim böyük narahatlıqlarımız enerji böhranıdır.
ABC.AZ-ın məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Renaud-Basso bildirib.
O qeyd edib ki, enerji təhlükəsizliyinin təmin edilməsin böyük dəstək verirlər.
Renaud-Basso deyib: “Avropadakı tənəzzül bizim fəaliyyətimizə və ölkələrdəki əməliyyatlarımıza təsir edir. Artıq Avropa İttifaqının üzvü olan ölkələrlə də işləyirik. Bundan başqa, əməliyyatlarımızı inkişaf etdirdiyimiz bəzi ölkələrin Aİ ölkələri ilə çox sıx ticarət əlaqələri var. Almaniyada baş verənlərin Türkiyəyə də təsir edə biləcəyini bilirik. Bizim ən böyük narahatlığımız enerji böhranıdır. Qaz və neft tərəfində qiymətlər çox qalxdı. Enerjiyə çıxışla bağlı böyük narahatlıq və qeyri-müəyyənlik var. Ölkələrə bu problemlərin öhdəsindən gəlməyə kömək etmək lazımdır. Biz enerji təhlükəsizliyini təmin etmək üçün çoxlu dəstək veririk”.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026