12:43 - 6.10.2022
6 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, oktyabrın 6-da baş tutan valyuta hərracında $30,5 mln satılıb ki, bu da ötən hərracda olduğundan $6,6 mln (17,79%) azdır.
"Banklar tərəfindən valyuta hərracında tələb $30,5 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026