İsveçrənin ən böyük banklarından biri problemlə üzləşib

10:12 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. İsveçrənin ikinci ən böyük bankı Credit Suisse problemlə üzləşib.

ABC.AZ xəbər verir ki, Bankın səhmlərinin qiyməti 3,518 frank olmaqla tarixi minimuma düşüb və ilin əvvəlindən ucuzlaşma 56%-dən çox olub.

Məlumata görə, sentyabrın 30-da bank rəhbərliyi maliyyə institutunun gələcək transformasiyası ilə bağlı göndərdiyi məktubda işçilərə etimad aşılamağa çalışıb, lakin bu, yəqin ki, bazarı razı salmayıb.

Credit Suisse-nin baş direktoru Ulrix Körner məktubda qeyd edir ki, vəziyyətin normallaşdırılması bankın uzunmüddətli restrukturizasiyasından keçir.