11:50 - 3.10.2022
3 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC -nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan ABC.AZ-a daxil olan məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 30 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12,5%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026