12:06 - 27.09.2022
27 sentyabr, Fineko/abc.az. Kriptovalyuta bazarında canlanma müşahidə olunur.
ABC.AZ xəbər verir ki, sektorun əsas kriptovalyutası sayılan bitkoin son bir sutka ərzində 7,5% bahalaşaraq 20 min dollarlıq həddi keçib.
Sentyabrın 26-da 19 046 dollar olan bitkoin, bir günə 1200 dollardan çox bahalaşaraq 20 249 dollara yüksəlib.
Bununla yanaşı, qeyd edək ki, bitkoin sentyabrın 10-15-i arasında da 20 min dollardan artıq olub, amma sonradan geriləyib. Bitkoinlə yanaşı, sektorun ikinci vacib valyutası – "Eterium" da bahalaşaraq 1400 dollara yaxınlaşıb. Son sutka ərzində "Eterium"un qiyməti 7,5% artıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026