Almaniyada Rusiyanın bu qədər aktivləri dondurulub

16:38 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Almaniyada Rusiyanın 4,8 milyard avrodan çox aktivi dondurulub.

ABC.AZ xəbər verir ki, bu məlumatı "Der Spiegel" ölkənin İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata istinadən dərc edib.

Bu rəqəmlər sentyabrın 16-na olan aktualdır. İyulda bu məbləğ 4,5 milyard avro olub.

Bu günə qədər dondurulmuş aktivlərin ümumi məbləğində 2,2 milyard avrodan çoxu nağd pul, 1 milyarddan çoxu isə daşınar əmlakdır. Qalanı daşınmaz əmlak və digər aktivlərdir.