Azərbaycanda biznes subyektlərinin borclanma səviyyəsi artıb

16:26 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. 2022-ci ilin II rübü üzrə banklar tərəfindən biznes kreditləri üzrə standartlarda yumşalma əsasən kreditlərin müddəti üzrə olub və III rübdə trendin daha da yüksələcəyi proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair 2-ci rüb sorğusunun nəticələrində bildirilir.

Qeyd edilib ki, banklar II rübdə xarici valyutada biznes kreditləri üzrə sərtləşmə olduğunu, lakin bu siyasətin III rübdə neytral olacağını proqnozlaşdırıb.

Cari ilin II rübündə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən əsas faktor kimi digər banklarla rəqabət və bankın mövcud və gözlənilən likvidlik mövqeyi çıxış edib.

Eyni zamanda BOKT və lombardlarla rəqabət də kredit standartlarına müəyyən yumşaldıcı təsir göstərib.

Sərtləşdirici təsiri əsasən inflyasiya, uçot dərəcəsi və ümumi iqtisadiyyata dair gözləntilər göstərib.