14:32 - 21.09.2022
21 sentyabr, Fineko/abc.az. Rusiya fond bazarında dünən başlayan eniş, prezident Vladimir Putinin “qismən səfərbərlik” elanından sonra azalmağa davam edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Fond Birjası fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən aşağı səviyyəyə düşüb.
Rusiyada benchmark indeksi “qismən səfərbərlik” elanından sonra kəskin şəkildə aşağı düşüb.
"MOEX" İndeksi 9,6 faiz azalaraq fevralın 24-də işğalın başlamasından bəri ən aşağı səviyyəyə düşüb.