Türkiyənin bu Bankı "Mir" kartı ilə işləməyə davam edəcəyini açıqlayıb

15:32 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Türkiyənin Ziraat Bankı Rusiyanın "Mir" ödəniş sisteminin kartlarına xidmət göstərməkdə davam edir - kartlardan istifadə edərkən ruslar tərəfindən heç bir şikayət daxil olmayıb.

ABC.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkiyənin “VakfBank” və “Halk Bank” agentliyə “Mir” kartlarının ləğvi ilə bağlı bildiriş almadıqlarını bildiriblər.

Bank nümayəndələrinin sözlərinə görə, kartlardan istifadə üçün heç bir maneə yoxdur.