Ukrayna hər ay müharibəyə 5 milyard dollar xərcləyir

14:10 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. 2022-ci ilin sonuna Ukrayna dövlət büdcəsinin kəsiri 30 milyard dollara çata bilər.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bu Maliyyə Nazirliyinin büdcəyə dəyişikliklər barədə təklifindən sonra məlum olub.

Qeyd olunub ki, müharibəyə görə, Ukraynanın dövlət büdcəsinn kəsiri hər ay 5 milyard dollar təşkil edir.

Büdcə xərclərinin 60%-i müharibə ilə əlaqəli xərclərə sərf edilir.