Banklar valyuta hərracına tələbi 16,3% azaldıb

12:28 - 20.09.2022


20 сентября, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 20-nə valyuta hərracında $32,3 mln satılıb ki, bu da ötən hərracda olduğundan $6,3 mln (16,32%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $32,3 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.