Türkiyənin iki bankı Rusiyanın Mir kartlarını qəbul etməyi dayandırıb

11:59 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Türkiyənin ən böyük özəl bankı "İş Bankası" Rusiyanın "Mir" ödəniş sistemi ilə işi dayandırıb.

ABC.AZ xarici mətbuata istibadən xəbər verir ki, Analoji qərar “Denizbank” (DənizBank) tərəfindən də verilib.

Qeyd edək ki, maliyyə qurumlarının bu cür addımları Rusiyanın Mir kartlarını qəbul edən xarici kredit təşkilatlarına qarşı mümkün sanksiyalarla bağlı Qərb təhdidlərindən sonra atılıb.