Mərkəzi Bankın xalis maliyyə öhdəlikləri azalıb

17:02 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Altı ayda kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 754,3 milyon dollar azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (30,4 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (387,5 milyon dollar), dövlət kreditləri (173,9 milyon dollar), dövlət zəmanətli kreditlər (188,1 milyon dollar) və müəssisələrin kreditləri (35,2 milyon dollar) hesabına isə azalıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1,7 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb.