Qiymətli kağızlardan gəlir əldə edən regional Bank hansıdır?

12:07 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Naxçıvanbank"ın əsas gəlir mənbələri məlum olub.

ABC.AZ-ın məlumatına görə, sözügedən Bankın bütün gəlirləri 4 mənbə ilə formalaşır ki, onun da 2-ci mənbəsi komissiya haqlarıdır.

Belə ki, Bank ilk 6 ayda komissiya haqlarından 2 milyon manat gəlir əldə edib, bu isə ütün gəlirlərin 16%-i deməkdir. Valyuta əməliyyatlarından isə "Naxçıvanbank"ın gəlirləri 1 milyon manata yaxın olub. Ən maraqlı göstərici qiymətli kağızlara edilən yatımlardan daxil olmalardır.

"Naxçıvanbank"ın menecmenti uzun müddət qiymətli kağızlara yatırım etməyib, yalnız son 2 ildə bu sahədə irəliləyəş olub və dərhal da bank bundan gəlir götürməyə başlayıb.

Müəllif: Elmir Murad