Azərbaycanda 2 qurum arasında protokol imzalanıb - Foto

16:22 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Niyyət protokolu imzalanıb.

ABC.AZ xəbər verir ki, protokol Bakıda keçirilmiş “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində imzalanıb.

Potokola əsasən, Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması həyata keçiriləcək. Tədbirdə bildirilib ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ictimai təşkilat kimi 2007-ci ildə təsis olunub və artıq 15 ildir ki, beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi fəaliyyət göstərir.

Müəllif: Elmir Murad