Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 7,5%-ə endirdi

14:54 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı İdarə Heyətinin növbəti iclasında əsas uçot dərəcəsini 8%-dən 7,5%-ə endirmək qərarına gəlib.

ABC.AZ xəbər verir ki,bu barədə Bankın rəsmi saytında bildirilir.

Bankın proqnozuna görə, 2022-ci ildə illik inflyasiya 11-13% təşkil edəcək və davam edən pul siyasəti nəzərə alınmaqla, 2023-cü ildə 5-7%-ə enəcək və 2024-cü ildə 4%-ə qayıdacaq.