17:01 - 1.06.2018
1 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi barədə elan edib.
AMB-dan təqdim edilən məlumata əsasən, hərrac 4 iyun 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.
“Hərac vasitəsi ilə 8,01% – 10,99% dərəcə ilə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - deyə məlumatda bildirilir.
AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026