Banklar valyuta hərracına tələbi 20% azaldıb

13:11 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 15-də valyuta hərracında $38,6 mln satılıb ki, bu da ötən hərracda olduğundan $9,8 mln (20,25%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $38,6 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.