Büdcənin icrasında böyük profisit əmələ gəlib

12:29 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 20 milyard 184,8 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbər verir ki, büdcədən 18 milyard 151,9 milyon manat vəsait xərclənib.

Büdcənin icrasında 2 milyard 32,9 milyon manatlıq profisit yaranıb.