17:22 - 13.09.2022
13 sentyabr, Fineko/abc.az. 2022-ci ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99 milyon 910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Nazirlikdən ABC.AZ-a daxikl məlumatda bildirilir ki, həmin məbləğin 33 milyon 502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.
Yuxarıda qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.
Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 96 milyon 926,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026