Banklar valyuta hərracına tələbi 10,5% artırıblar

12:33 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 13-də keçirilən valyuta hərracında $48,4 mln satılıb ki, bu da ötən hərracda olduğundan $4,6 mln (10,5%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələbat $48,4 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.