10:52 - 13.09.2022
13 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin donanmasının yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.
ABC.AZ xəbər verir ki, bu gün Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan İnvestisiya Şirkəti və AYİB arasında imzalanan müqavilədə əksini tapıb.
Müqaviləni Azərbaycan tərəfdən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və AYİB-in Davamlı İnvestisiya Bölməsinin İcraçı Direktoru Nandita Parşad imzalayıblar.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026