Yaponiyada yenin ucuzlaşması narahatlıq yaradır

11:10 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda hesab edir ki, 1998-ci ildən bəri yenin dollara nisbətdə ən böyük ucuzlaşması ölkə biznesinin işini sabitsizləşdirəcək.

ABC.AZ xəbər verir ki, o, bunu Tokioda baş nazir Fumio Kişida ilə iqamətgahında görüşdən sonra jurnalistlərə deyib.

"Məzənnələrdə kəskin dalğalanmalar biznes fəaliyyətinə qeyri-sabitlik gətirir, iqtisadiyyatda qeyri-müəyyənliyi artırır, bu çox arzuolunmazdır", - Kuroda qeyd edib.

O qeyd edib ki, Mərkəzi Bank valyuta bazarındakı vəziyyəti diqqətlə izləyəcək. 

Yaponiya Bankı ölkədə biznes şəraitini stimullaşdırmaq üçün faktiki olaraq mənfi kredit faizləri siyasətini həyata keçirir.