Bitkoin 20 min dollar həddini keçdi

10:56 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. "Bitkoin" 9 sentyabr 20 min dollar həddini keçib. Bildirilir ki, artım 5%-dən çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə “Binance” kriptovalyuta birjası məlumat yayıb.

Qeyd edilib ki, "Bitkoin" 20.25 min dollara (5.1%) qədər bahalaşıb.

Xatırladaq ki, avqustun 27-də bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb ki, bu da illik maksimumdan təxminən 60% azalma deməkdir.