Dövlətə məxsus sığorta ehtiyatlarından bank depoziti kimi istifadə etmək mümkün olacaq

16:44 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda dövlətə məxsus sığorta ehtiyatlarından bank depoziti kimi istifadə etmək mümkün olacaq.

ABC.AZ xəbər verir ki, bu, baş nazir Əli Əsədovun ötən gün təsdiq etdiyi “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20%-dən çox olmamalıdır.