Bu BOKT 2 milyon manatlıq istiqraz buraxmağa başlayıb

10:06 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. "Optimal Finance" Bank Olmayan Kredit Təşkilatı MMC 2 milyon manatlıq itiqraz buraxır.

ABC.AZ xəbər verir ki, istiqraz buraxılışı hər birinin nominal dəyəri 100 manat olan faizli, təmiatsız, sənədsiz və adlı 20 000 ədəd istiqrazdan ibaərtdir.

İstiqrazlar üzrə gəlirliliyin faiz dərəcəsi 13%, tədavül müddəti müddəti 18 aydır. Kupon faizləri 90 gündən bir ödəniləcəkdir.