Belarus Çindən dollarla aldığı borcu yuanla qaytaracaq

17:16 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Belarus Çinədən cəlb etdiyi dollar kreditlərini yuanla ödəyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin birinci müavini Nikolay Snopkov məlumat verib. O qeyd edib ki, kreditlərin ilkin olaraq dollarla ifadə olunmasına baxmayaraq, biz yuanla ödəyəcəyik.

Onun sözlərinə görə, hazırda Çinlə əməkdaşlığın əsas elementlərindən biri maliyyədir: "Burada iş çox aktiv və müsbət gedir. Biz borc ödənişlərimizdə yuana keçirik".