Azərbaycanda Bankımızın işləməsi vacibdir - VTB rəhbəri

14:15 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi VTB-nin rəhbəri Andrey Kostin Bankın gələcək fəaliyyəti barədə danışıb, o cümlədən Azərbaycanda mövcudluqlarını saxlayacaqlarını bildirib.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, Bank rəhbəri Andrey Kostin yeni filiallar və törəmə bankların açmağın indi çətin olduğunu qeyd edib.

"Düşünürəm ki, mövcud olan bankların düzgün fəaliyyət sistemini yaratmaq vacibdir. Ümumiyyətlə, ərəb ölkələri istisna olmaqla, bizim əsas tərəfdaş yurisdiksiyalarımızda, yəni Çin, Hindistan, Vyetnam, həmçinin yaxın xarici ölkələrdə - Ermənistan, Azərbaycan, Qazaxıstan - banklarımız var. Onların (bankların) işləməsi vacibdir”, - deyə Kostin əlavə edib.