Bank səhvən vətəndaşın hesabına pul köçürüb

15:27 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. ABŞ-da hər kəsi təəccübləndirəcək hadisə baş verib. Adı açıqlanmayan bir bank müştərisinin hesabına 50 milyard dollar dəyərində pul köçürüb.

ABC.AZ xəbər verir ki, Luiziana ştatında yaşayan iki uşaq atası Darren Ceyms telefonuna quraşdırılmış bank proqramını açanda hesabında 11 rəqəmli pul vəsaiti olduğunu görüb.

Bu isə şəxsi təəccübləndirib. Ceyms kömək üçün bankla əlaqə saxlayıb və bank yol verdiyi səhvi düzəldib.