Qazaxıstan Bankı baza dərəcəsini stabil saxladı

14:09 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 14,5% səviyyəsində saxlamaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki. bu barədə maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini üstəgəl və ya mənfi 1 faiz bəndi ilə illik 14,5% səviyyəsində müəyyən etmək qərarına gəlib. Müvafiq olaraq, faiz dərəcəsi likvidliyin verilməsi əməliyyatları üzrə 15,5%, likvidliyin sterilizasiyası əməliyyatları üzrə isə 13,5% təşkil edir”, - deyə məlumatda bildirilir.

İyulun 25-də Milli Bank baza dərəcəsini illik 14%-dən 14,5%-ə qaldırmaq barədə qərar qəbul etmişdi.